Noyabr ayı ərzində 5,032,184 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 314,455,648 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.
BƏXTİYAR