Azərbaycanlı şair Sakit Zahidov (Mirzə Sakit) infarkt keçirib.
ANS PRESS-in məlumatına görə, bu barədə şairin oğlu Cahandar Zahidli məlumat verib. O bildirib ki, həkimlər hazırda atasının vəziyyətini stabilləşdirməyə çalışırlar: "Hazırda yeni-yeni danışmağa başlayıb. Vəziyyəti nisbətən yaxşılığa doğru gedir".
Qeyd edək ki, şair hazırda Belçikanın Gent şəhəri yaxınlığındakı klinikalardan birinə yerləşdirlib.
Xatırladaq ki, daha çox Mirzə Sakit kimi tanınan şair satirik şeirləri ilə insanların yaddaşında iz qoyub. Mirzə Sakit 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb.
2009-ci il aprel ayında həbsdən aminitsiya ilə azad edilib. Hal-hazırda Belçikada yaşayan şair orada yaradıcılıqla məşğul olur.