5 Dekabr 2015 15:01
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində baş verən yanğından 26 nəfər xilas edilib.

Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) Baş direktoru Daşqın İskəndərov Publika.az-a açıqlamasında deyib ki, hazırda yanğın davam edir: “Mən ərazidəyəm və bu dəqiqə xilasetmə işləri davam edir. Artıq 26 nəfər xilas olunub. Xilasetmə işlərinə 9 gəmi və Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunub”.

Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyə işləri həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər