Bir qrup QHT bəzi media orqanlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövləti Xidmətinə yönəlmiş iddialarla bağlı bəyanat yayıblar.
Sənəddə deyilir: "Azərbaycan gəncliyi ölkədə aparılan uğurlu islahatları daim yüksək qiymətləndirərək mövqeyini açıq ortaya qoymağı ilə tanınır. Məlumdur ki, məhz bu islahatlar nəticəsində ölkəmiz sürətli inkişaf nəticəsində dünyada tanınır. Artıq böyük dövlətlər də Azərbaycanın dünyada baş verən proseslərə təsir gücündə olduğunu, ölkəmizdə keçirilən struktur islahlatlarının digər dövlətlər üçün nümunə olduğunu ifadə edirlər. Bununla belə Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizin inkişafından narahat olan qüvvələr də var təəssüf ki, bəzi vətəndaşlarımız belə dövlətlərin, beynəlxalq təşkilatların arzusunu yerinə yetirərək müxtəlif dövlət strukturlarına qarşı böhtan kampaniyası aparırlar. Gənclər sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və ictimai fəal gənclər olaraq son zamanlar bəzi elektron mətbuat vasitələrində bir sıra nüfuzlu şəxslər və qurumlar haqqında qərəzli yazılara münasibət bildirmək zərurətindəyik. Cəmiyyətimizin əksər hissəsinə aydındır ki, bu yazılar müəyyən məqsədlər üçün sifarişlə yazılır və burda əsas məsələlərdən biri də “reket” jurnalistlərin maddi maraqlarının olmasıdır. Belə dırnaqarası jurnalistlər ölkəmizin jurnalistika tarixinin şərəfli ənənələrinə kölgə salmağa çalışmaqla həm də bu peşənin ciddiliyinə, əhəmiyyətinə zərbə vururlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövləti Xidmətinin fəaliyyətinə, həmçinin bu qurumun rəhbəri general-leytenant Arzu Rəhimova qarşı başladılan bu iftira kampaniyası biz gəncləri də narahat edir. Çünki SHXÇDX birbaşa gənclərlə işləyən qurumlardandır. Belə strukturların qərəzli şəxsi məqsədlər naminə böhtan kampaniyasına məruz qalması bizləri məyus edir. Hesab edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa zamanda həyata keçirdiyi işlərlə vətəndaşlarımızın hörmətini qazanıb və qurumun şəffaf, məhsuldar fəaliyyəti hamının gözləri önündədir. Artıq kimsə hərbi xidmətə çağırış sahəsində hansısa neqativ halların olduğunu deyə bilmir. Yaxın vaxtlarda Xidmətin həyata keçirdiyi işlər, xüsusilədə irimiqyaslı hərbi təlimlər zamanı on mindən artıq hərbi vəzifəlini toplanış yerlərinə göndərilmsi zamanı qurumun yüksək peşəkarlıq nümayiş etdirməsi yəqin ki, kimlərisə narahat etməkdədir.
Həmçinin SHXÇDX-nin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə həyata keçirdiyi tədbirlər hamımıza məlumdur. Bu sistemin şəffaf formada işləməsini təmin etmiş şəxslərə qarşı qərəzli kampaniya aparmaq isə əsl Azərbaycan vətəndaşına, Azərbaycan jurnalistinə yaraşmaz. Əminik ki, bu işləri görən dırnaqarası jurnalistlər bir gün bunun cavabın verməli olacaqlar. Əlbəttə hansısa dövlət strukturunun fəaliyyətində nöqsan olarsa mətbuatın bu nöqsanları, çatışmazlıqları tənqid etmək haqqı var, hətta bu bir borcdur, vəzifədir. Ancaq sırf şəxsi maddi maraqlar naminə, kiminsə sifarişi əsasında dövlət qurumunu, bu qurumun rəhbərini hədəf almaq jurnalist əxlaqına münasib deyil. Azərbaycan gəncliyi olaraq belə iftiraçı media orqanlarına etirazımızı bildiririk və cəmiyyəti belə böhtan kampaniyalarına mövqe nümayiş etdirməyə çağırırır.
Müraciəti imzalayanlar:
1.Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
2.Dünya Gənc Türk Yazarlar Birliyi
3.Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
4.Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
5.Rəvan Gəncliyə Dəstək İB
6.Türkiyə Universitetləri Məzunları İB
7.Azərbaycan Gənc Alim, Aspirant və Maqistr cəmiyyəti
8.Təkan Tələbə Gənclərin İB
9.Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiyasası İB
10.Yeni Yazarlar və Sənətçilər Qurumu
11.Sağlam Gəncliyə Doğru İB
12.Sağlam Düşüncə Gənclər Təşkilatı
13.Dialoq Gənclərin Diskussiya Klubu İB
14.Demokratik Gənclər Platforması İB
15.Gənc Mühasiblər Birliyi
16.Bakı Gənclər Klubu İB
17.Gəncləri Maarifləndirmə İB