7 Dekabr 2015 11:28
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan Xəzər dənizində nəzarəti gücləndirir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məqsəd "Günəşli" platformasında baş verən hadisə zamanı zərərçəkmişlərin tapılmasına kömək etməkdir.

Bununla bağlı Qazaxıstan Sərhəd Xidməti məlumat yayıb: "Regionda vəziyyət mürəkkəb olaraq qalır. Buna baxmayaraq, sahil mühafizəsinin rəisi bütün komanda və katerlərə gücləndirilmiş nəzarətlə bağlı əmr verib. Hər hansı obyekt və ya zərərçəkmiş aşkar edilərsə, dərhal məruzə olunacaq və lazımi yardım göstəriləcək".

Qeyd edək ki, noyabrın 4-ü baş verən hadisə zamanı 29 fəhlə itkin düşüb, 1 işçi həlak olub, 32 nəfər xilas edilib.

Samir


Müəllif: