"İnanmıram ki, neft-qaz yatağındakı qəza təxribat olsun. Hadisənin səbəblərini araşdırmaq üçün Dövlət Komisiyası yaradılıb. Hər şey araşdırmalardan sonra məlum olacaq".
Teleqraf.com-un məlumatına görə, bunu SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
O, bildirib ki, hazırda ərazidə böyük işlər görülür: "Hamı çalışır ki, yanğın söndürülsün. İlk növbədə biz itmiş insanları tapmağa çalışırıq. FHN, Sərhəd Qoşunları və bizim xilasedicilər axtarışları davam etdirir ".
İlhamə