8 Dekabr 2015 10:36
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin son kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb. 65 yaşının tamam olmasına görə müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam veriləcək.


Müəllif:

Oxşar xəbərlər