"Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verməyib".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında hadisənin təhlükəsizlik qaydaların pozulması ilə əlaqədar baş verməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
B.Ağarəhimov bildirib ki, güclü küləyin olması bədbəxt hadisənin baş verməsinə səbəb olub:
“SOCAR-da əməyin mühafizəsi ilə bağlı işlər mütəmadi olaraq görülür. 10-15 il əvvəllə bu günü müqayisə edəndə fərqi aydın görmək olur. Lakin təkmilləşməyə həmişə ehtiyac var”.
B.Ağarəhimov yanğının miqyası ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “İlkin ehtimala görə yanan qaz quyularıdır. 28 quyudan bir neçəsi yanır. Quyuların 80 % -i qaz-liflə işlədiyinə görə, o kəsiləndə quyuların işi avtomatik dayanır. Qəza baş verən günü havanın küləkli və əlverişsiz olması qəzanın istiqamətini dəyişib. Külək həmçinin quyu ağzı avadanlıqlarda da deformasiyalar yaradıb”.
İlhamə