"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışları davam edir".
Bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, saat 16:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib, amma hazırda axtarış tədbirləri davam etdirilir.
Baş mühəndisin sözlərinə görə, yanğının söndürülməsi üçün bir neçə xarici mütəxəssis cəlb olunub.
“Hazırda xarici mütəxəssislər 5-ci özüldədirlər. Bizim mütəxəssislərlə birgə vəziyyəti qiymətləndirirlər. Yanğını söndürmək hələ ki, mümkün olmayıb. Amma yanğın əvvəlki günə nisbətən zəifləyib. Son məlumata görə, 7 nəfər ölən həmkarımız var, qalanlar itkindir”.
İlhamə