8 Dekabr 2015 17:03
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekologiya Nazirliyi “Günəşli” yatağında 10-cu dərin özüldə qəza və yanğın baş verən vaxt havanın pis olması, küləyin sürəti ilə bağlı məlumat vermişdi. Həmin gün bütün işlər - montaj, tikinti və s. dayandırılıb. Əməkdaşlarımız iş sahəsində olmayıblar. Əgər onlar iş yerlərində olsaydılar o adamların bir çoxu ağır xəsarətlər ala bilərdilər”.

Teleqraf.com-un məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar keçirilən mətbuat konfransında bildirib.

O, əlavə edib ki, neft şirkətində işlərin məhdudlaşdırılma mexanizmi var: "Həmin platforma ən yüksək ballı küləyə - 12 bala hesablanıb. Ekoloji fəsadlar yanğın zamanı olmur. Yanmasaydı, açıq fontan olsaydı, ekologiyaya fəsadlar dəyərdi. Hazırda heç bir fəsad dəyməyib. Yanğının söndürülməsi üçün gəmilərə xüsusi nasoslar quraşdırılır. Hələ bu proses gedir".

İlhamə


Müəllif:

Oxşar xəbərlər