8 Dekabr 2015 18:18
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin satış qiyməti ilə istehsal dəyəri arasında cəmi 1 dollar fərq qaldı. Belə ki, ötən gün “qara qızıl”ın bareli son 7 ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda bazarlarda neft 41 dollara satılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir tərəfdən strateji risklər, digər tərəfdən şist qazı istehsalçılarının istehsalı artırması neftin ucuzlaşmasını şərtləndirib.

Ekspertlərin rəyinə görə, 2016-cı ildə İranın bazara geri qayıtmasından sonra qiymətlər bir qədər də ucuzlaşacaq.

Onu da bildirək ki, OPEC-in hasilatı azaltmamaqla bağlı qərarından sonra “BP”, “Shell” və “Kingfisher” kimi enerji nəhənglərinin hissələrində sərt eniş baş verib. İndiyə qədər 100-ə yaxın şirkət iflas edib. Bunların yarısı enerji sektorunda fəaliyyət göstərib.

Ümumiyyətlə, 2015-ci ildə iflas edən hər iki şirkətdən biri enerji sektoruna aid olub.

Ölkələrə gəlincə, dövlətlərin bəziləri neftin ucuzlaşmasından zərərə düşüb, bəziləri isə qazanclı çıxıb. Lakin qazanc əldə edənlərin də büdcə kəsiri problemi var. Konkret olaraq OPEC-ə daxil olan ölkələr arasında büdcəsində kəsir olmayanı yoxdur.

ABŞ Mərkəz Bankı FED-in faiz artımı qərarından sonra isə inkişaf etməkdə olan ölkələrin pul vahidlərində dəyər itkisi yaşanacağı proqnozlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər