9 Dekabr 2015 16:17
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda FHN-nin və AZAL-ın helikopterləri ilə axtarış işləri davam edir. Təəssüf ki, axtarışlar nəticə verməyib".

Teleqraf.com-un məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hava şəraitinin pis keçməsinə baxmayaraq, hazırda FHN-nin və AZAL-ın helikopterləri ilə axtarış işləri davam edir: “Qeyd edim ki, yanğının söndürülməsinə 5 gəmi cəlb olunub. Onlardan biri yanacağa görə, ərazidən uzaqlaşacaq və əvəzinə yenisi gedəcək. Yanğının söndürülməsi ilə bağlı irəliləyiş yoxdur”.

Baş mühəndis qeyd edib ki, platformada hasilat dayandırılıb: “Platformada həm giriş həm də çıxış təcrid olunub”.

B.Ağarəhimov sosial şəbəkələrdə neftçilərin əyinlərində jiletlərin olmaması məsələsinə də, aydınlıq gətirib: “Neftçilərin əyinlərində xilasetmə jileti olub. Çünki, bu qanunda da əks olunub. Yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Direktor müavini qeyd edib ki, xarici mütəxəssislər onlardan platformanın sxemini istəyib: “Biz onlarla sabah görüşəcəyik və birlikdə müzakirə aparacağıq”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər