9 Dekabr 2015 17:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə UNESCO-nun mənzil-qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokolunun iştirakçısı olan dövlətlərin iclasında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəyə seçkilər keçirilib.

Azərbaycan digər 8 ölkə ilə yanaşı, bu komitəyə üzvlük üçün namizədliyini irəli sürüb. Seçkilərdə iştirak edən 60 ölkədən 45-nin səsini qazanan Azərbaycan növbəti dörd illik müddətə komitəyə üzv seçilib.

On iki üzvdən ibarət komitənin əsas məqsədi silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının və onun ikinci Protokolunun həyata keçirilməsinə nəzarət edilməsi, mədəni irs obyektlərinə gücləndirilmiş mühafizə statusunun verilməsidir. Azərbaycanın bu mühüm komitədə üzvlüyü işğal edilmiş ərazilərimizdəki mədəni irsimizin Ermənistan tərəfindən dağıdılması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verəcək, silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində baş verən prosesləri yaxından izləməyə imkan yaradacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər