"Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq”.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör öz Twitter səhifəsində yazıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır. Bu barədə qurumun saytında məlumat yerləşdirilib. “Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır” - deyə M.Corc bildirib.
Qeyd edək ki, Leyla Yunus dünən Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb./APA/