10 Dekabr 2015 15:45
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın üç rayonunda silah-sursatın aşkar olunması ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd “TOZ-B” və 1 ədəd “TOZ-16” markalı ov tüfəngləri, habelə 1 ov quşu aşkar edilib.

Oxşar əməliyyatı Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də keçirilib. Qanunsuz ov etmiş rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd “Bum” markalı ov tüfəngi və habelə 1 ov quşu götürülüb.

Bundan başqa, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd “TOZ-16” markalı və 1 ədəd “İJ-18” markalı ov tüfəngləri, habelə 6 ov quşu götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər