Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Röyal Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Röyal Ağazadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 29-da Kamran Şəmiyevə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Röyal Ağazadə tutulub.
Hacı Zeynalov