11 Dekabr 2015 12:49
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heydər Əliyev özünü və ailəsini təhlükəyə ataraq, Azərbaycan xalqını tək qoymadı”.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) birinci müavini Mədət Quliyev deyib.

Onun sözlərinə görə, 1988-1993-cü illərdə Azərbaycan böhran vəziyyətində idi: “İşıq, qaz, çörək yox idi. Həyat elə gətirdi ki, mən Gəncədə polisdə işləyən zaman Qarabağ ətrafındakı hadisələrin ən qaynar nöqtələrində oldum. İnsanlarımız ağır şəraitdə yaşayırdı və ümid yox idi ki, Azərbaycan bu vəziyyətdən çıxa biləcək. Bütün Azərbaycan xalqı 4 iyun hadisələrini xatırlayır. Həmin vaxt AXC hakimiyyətinin səriştəsizliyi nəticəsində Gəncədə qardaş qırğını oldu. Daha sonra qədirbilən xalqımız meydanlara çıxaraq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu öndər onda Naxçıvanda idi. O vaxt hər insan Bakıya gəlməyə cürət etməzdi. Çünki silahlı dəstələr arasında müharibə gedirdi. Onlar müxtəlif kəşfiyyat orqanlarına işləyirdilər. Amma Heydər Əliyev özünü və ailəsini təhlükə altında qoysa da, Azərbaycan xalqını tək qoymadı. Gəncədə qısa görüş keçirdi, sonra Bakıya gələrək ölkənin xilası üçün prioritet istiqamətlər müəyyənləşdirdi”.

M. Quliyev əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyev strategiyası nəticəsində uğurla inkişaf edir: “Azərbaycanı Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə edirlər. Bu uğurun əsasını ulu öndərimiz qoyub. Azərbaycan xalqı da bu gün Heydər Əliyev siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin yanındadır. Respublikamız kiçik ölkə olmasına baxmayaraq, dünyada söz sahibidir. Şükürlər olsun ki, xalq olaraq ölkəmizin qüdrətli günlərini görə bildik”.


Müəllif:

Oxşar xəbərlər