14 Dekabr 2015 20:32
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı qurumun rəhbəri Akif Nağının Gürcüstana buraxılmaması ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə nəzərdə tutulan görüşü ərəfəsində xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.

QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə göstərilir: “Bu il dekabrın 21-22-də Tiflisdə Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü ilə bağlı Sizə müraciət edirik. Bu görüşlərin üç ölkə arasında xoş münasibətlərin inkişafına xidmət etdiyi heç kəsdə şübhə doğurmur. Bu görüşlər həm də mövcud problemlərin aradan qaldırılmasına xidmət etməlidir. Diqqətinizə çatdırırıq ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 2014-cü ilin iyun ayından etibarən Gürcüstana buraxılmır. Bu məsələ ilə bağlı dəfələrlə Gürcüstanın prezidenti, baş naziri, xarici işlər nazirinə məktub göndərmişik, Gürcüstanın Azərbaycandakı səfiri və konsulu ilə görüşmüşük. Lakin bu günə qədər Gürcüstan tərəfindən müraciətlərimizə heç bir konkret və məntiqli cavab verilməyib, Gürcüstan rəhbərliyinin bu qərarının heç bir səbəbi açıqlanmayıb”.

Müraciətdə bildirilir ki, bu qərar QAT-ın Gürcüstanla, həmçinin Gürcüstandan keçərək Türkiyə ilə əlaqələriminə mane olur. Xarici işlər nazirindən Tiflis görüşü zamanı bu məsələni də gündəmə gətirmək xahiş olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər