14 Dekabr 2015 17:23
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə (MM) yaxın gələcəkdə "Optika haqqında" qanun layihəsi müzakirələrə çıxarıla bilər.

Bu haqda MM-in yeni Səhiyyə komitəsinin ilk iclasında məlumat verilib. Gözügedən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq xeyli müddətdir belə bir qanun layihəsin hazırlanaraq müzakirələrə çıxarılması məsələsi ortadadır: “Həqiqətən də belə bir qanuna ehtiyac var. Dünyada da bu tipli qanunlar mövcuddur. Bu yöndə müəyyən işlər görülüb, ancaq hesab edirəm ki, yeni qanun layihəsi üzərində işləri daha da sürətləndirməliyik”.

Azərbaycan Optikçilər Assosiasiyasının rəhbəri Rüfət Musayev də bildirib ki, belə bir qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac duyulur: "Çünki biz də nə vaxtsa eynək taxmaq məcburiyyətindəyik. Ümumiyyətlə, statistikaya görə, dünya əhalisinin 60-70 faizi eynəklərdən istifadə edir, amma onların cəmi 20 faizi optiklər barədə ətarflı məlumatlar malikdir. Eyni zamanda, çox təəssüflər olsun ki, bu gün Azərbaycanın optika bazarında vəziyyət ürəkaçan deyil. Bazarda standartlara uyğun gəlməyən, sertifatlaşdırmadan keçməyən çoxlu optik mağazalar var. Onların böyük əksəriyyətində çalışanların da optika, eynəklər barədə məlumatlar, təsəvvürləri yoxdur. Ona görə də bu bazarı tənzimləmək üçün belə bir qanunun qəbuluna ehtiyac var. Məlumat üçün onu da deyim ki, cəmi bir neçə il bundan öncə Türkiyədə belə bir qanun qəbul olunub və bu sahədə böyük uğur əldə edilib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər