16 Dekabr 2015 10:18
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 il ərzində Azərbaycanda baş verən yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilib, 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.

Teleqraf.com-un məlumatına görə, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

K.Heydərov bildirib ki, baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14338 ədəd yaşayış və digər təyinatlı tikililər, o cümlədən 2.629.057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub.

Nazirin sözlərinə görə, açıq sahələrdə, xüsusilə də dağətəyi yamaclarda baş vermiş yanğınların 43 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınıb: “Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilib, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, 3818 nəfərin hadisə yerlərindən təxliyəsi həyata keçirilib. Dalğıc-xilasedicilərimiz tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilib. Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halları baş verməyib”.


Müəllif:

Oxşar xəbərlər