16 Dekabr 2015 16:13
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin hərbi hissə komandirləri qarşısında tələb qoyub.

Trend-in məlumatına görə, iclasda K.Heydərov bildirib ki, heç bir komandir əsgərlər arasında ayrı-seçkilik yaratmamalıdır: “Bu, istər gənc əsgər olsun, istərsə də xidmət müddətinin bitməsinə az qalmış əsgər olsun. Heç bir halda ayrı-seçkilik olmamalıdır”.

Bir müddət öncə FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əsgər ölümünə toxunan K.Heydərov bu hadisədən çox kədərləndiklərini diqqətə çatdırıb: “İnanılmaz hadisə baş verdi. Orada nəzarəti güclü şəkildə həyata keçirməyən adamlar həbs edildilər”.

Nazir qeyd edib ki, tədbirlər bundan sonra da davam edəcək: “Hərbi hissələrdə hər hansı kiçik nöqsan baş verərsə, həmin tabora, manqaya, hissəyə rəhbərlik edən zabit cəzalanacaq”.


Müəllif:

Oxşar xəbərlər