Gələn il iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri çərçivəsində Zərifə Əliyeva və Bülbül prospektlərində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Teleqraf.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Məlumatda bildirilir ki, Neftçilər prospektinin Zərifə Əliyeva prospektinə paralel hissəsində alternativ olaraq nəqliyyat vasitələrinin iki istiqamətli hərəkəti təşkil edilib.