18 Dekabr 2015 17:18
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələri ötən gecə işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisini məhv edib.

Report xəbər verir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi deyib ki, ötən gecə qoşunların təmas xəttində vəziyyət gərgin keçib.

Məhv edilən erməni hərbçilərin adları da açıqlanıb. Bunlar 1996-cı ildə anadan olan Aqasi Qriqoryan, 1996-cı il təvəllüdlü Ruben Aleksanyan və 1992-ci ildə anadan olan Qor Ohanyandır.

***

Azərbaycan Silahlı Qüvvələri işğal olunan ərazilər - Dağlıq Qarabağda 10 hərbçini öldürüb, 20 nəfəri yaralayıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.


Müəllif: