19 Dekabr 2015 14:04
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə aydınlıq gətirilib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: “Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib”.

N.Paşayev əlavə edib ki, diaqnostika yoxlanışı artıq başa çatıb.


Müəllif:

Oxşar xəbərlər