23 Dekabr 2015 15:49
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz, Astara, Balakən və Biləsuvar gömrük idarələrinin buraxılış məntəqələrindəki piyada keçid xəttində vətəndaşların böyük sıxlığının yarandığı barədə yalan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bununla bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, bu kimi məlumatların heç bir əsası yoxdur və buraxılış məntəqələrindəki piyada keçid xəttində son günlər ərzində heç bir sıxlıq müşahidə olunmur. Hazırda vətəndaşların normal gediş-gəlişi tam təmin edilir.

Onu da xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən gömrük keçid məntəqələri 24 saat fasiləsiz iş rejimində çalışır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər