Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.
BƏXTİYAR