24 Dekabr 2015 16:59
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda manatın məzənnə dəyişikliyinin çörəyin qiymətinə təsiri araşdırılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, manatın üzən məzənnə rejiminə keçirilməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinın artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən diqqətlə araşdırır və süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir.

Bir daha diqqətə çatdırılır ki, manatın üzən məzənnə rejiminə keçirilməsi ilə bağlı istehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən sahibkarlar və ticarət obyektləri barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.


Müəllif:

Oxşar xəbərlər