Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli rəhbərlik etdiyi təşkilatın 2015-ci il ərzində həyata keçirdikləri layihələrla bağlı tədbir keçirib.
Teleqraf.com-un verdiyi xəbərə görə, birlik sədri qeyd edib ki, 2015-ci il Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi üçün olduqca uğurlu keçib: “Həmişə olduğu kimi, bu il də biz cəbhə bölgəsinə mütəmadi səfərlər təşkil edib oradakı hərbi hissələrdə əsgərlərlə görüşlər keçirmişik. Belə səfərlərdə bizimlə bərabər millət vəkilləri, media və QHT rəhbərləri də yaxından iştirak edib. Bizim əsas məqsədimiz hərbi hissələrdə ictimai nəzarəti həyata keçirmək, əsgərlərin mənəvi-psixoloji hazırlığını artırmaq və gəncləri hərbi sahədə malumatlandıraraq onları xidmətə hazırlamaqdan ibarətdir. Bu məqsədlə biz Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq edirik. Onu qeyd edim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa zaman kəsiyində xeyli dərəcədə əhəmiyyətli işlər görüb. Xidmət rəisi, general-leytenant Arzu Rəhimov bölgələrdə vətəndaşları qəbul edərək şikayətləri, problemləri operativ şəkildə həll edir. SHXÇDX artıq bir sıra sahələr üzrə vətəndaşlara elektron xidmət göstərilməsini tətbiq edir. Səfərbərlik işinin təşkili, çağırışçıların hərbi hissələrə yola salınma, hərbi xidmətdən tərxis olunanların qarşılanma mərasimlərinin yüksək səviyyədə təşkil edilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Rəbərlik etdiyim təşkilat Dövlət Xidmətinin təşkil etdiyi əksər tədbirlərdə, o cümlədən gənclərin hərbi xidmətə yola salınma və qarşılanma mərasimlərində də aktiv iştirak edir”.
E. Həsənli deyib ki, birlik müxtəlif dövlət qurumları tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir: “Bu mənada “Şahinlər və Cəsurlar” hərbi idman oyunlarında bizim təşkilat yaxından iştirak edir, hərbi yönümlü QHT-lərlə bərabər silsilə tədbirlər həyata keçirir. Biz Daxili Qoşunlar, Sərhəd Qoşunları, Milli Qvardiya, Müdaifə Nazirliyinin hərbi hissələrində mütəmadi tədbirlər həyata keçirir, müharibə veteranlarının gənc əsgər, orta məktəb şagirdləri ilə görüşlərini təşkil edirik”.
Cəbhə bölgəsində yaşayan əhalinin, xüsusilə gənclərin maarifləndirməsi işini həyata keçiridiklərini deyən hərbi ekspert qeyd edib ki, bu işdə onlara Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası dəstək olur: “Bizim əsas məqsədimizin dövlət və hərbi sirrinin yayılmasının qarşısını almaq, gənclərin Vətənin müdafiəsinə hazırlığını təmin etmək və cəbhə bölgəsində yaşayan əhali ilə hərbi hissələrin rəhbərliyi arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir”.
Ermənistanın işağlçı yürüşü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının bugündək düşmən tapdağı altında olduğunu xatırladan E.Həsənli bildirib ki, torpaqlarımız geri qaytarılmayana kimi müharibəni bitmiş saymaq olmaz: “Əfsuslar olsun ki, müharibə şəraitində itkilər qaçılmazdır. Müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığı var ki, bizim bir şəhidimizə görə, Ermənistan ən azı on nəfər itki verməlidir. Qeyd etmək lazımdır ki, Zakir Həsənovun müdafə naziri təyin olunmasından sonra Vətənə xidmət borcunu yerinə yetirərəkən şəhid olan övladlarımızın dəfn mərasimlərinə böyük diqqət yetirilir. Biz şəhdlərimizin son mənzilə yola salınması, hüzr mərasimlərində də iştirak edirik. Bizim mənəvi borcumuzdur ki, digər QHT-ləri də bu işlərə cəlb edək. Bugün Azərbaycan ordusu regionun ən güclü ordusu kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hazırdır. İl ərzində keçirilən irimiqyaslı təlimlər bunu sübut edir”.
Hərbi ekspert qeyd edib ki, rənbərlik etdiyi təşkilat ölkənin ictimai-siyasi proseslərində də yaxından iştirak edir. E.Həsənli birliyin beynəlxalq əlaqələrindən danışaraq qeyd edib ki, fevral ayında Almaniyanın paytaxtı Berlində təşkil olunan mitinq və konfranslarda, Azərbaycan və Türkiyə diasporalarının birgə tədbirlərində iştirak edib.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq E.Həsənli qeyd edib ki, hazırda ölkədə gənclər arasında hərbi xidmətə hazırlıq, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir: “Hər il aparılan məqsədyönlü iş onu deməyə əsas verir ki, artıq Azərbaycan gənclərinin hərbi xidmətə yola salınma mərasimi bayram əhval-rühiyyəsi ilə keçir. Bu, gənclik torpaqların düşmən tapdağında qalmasına imkan verməyəcək”.
Hərbi ekspert əlavə edib ki, bu il Müdafiə Nazirliyi tərəfindən ən böyük hərbi təlimlərdən biri baş tutub: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oprativ olaraq ölkədə səfərbərlik təşkil edib. Ehtiyatda olan on min hərbi qulluqçu çağırış yerlərinə gəlib. Həmin şəxslər təxris olunmuş hərbçilərdir. Biz bu işlərin həyata keçirilməsi üçün öz üzərimizə düşən vəzifəni uğurla yerinə yetirməyə çalışmışıq. Bu məqsədlə media ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurub, digər hərbyönümlü QHT-lərlə fəal şəkildə işbirliyi həyata keçiririk və gələcəkdə də bu istiqamətdə apardığımız fəaliyyəti davam etdirəcəyik”.
BƏXTİYAR