25 Dekabr 2015 16:47
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 25-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarın 2-ci mərhələsi keçirilib.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov sahibkarliğin inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verib. Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarələrinin əməkdaşları “Bəyanetmə proseduru. Gömrük Bəyannamələrinin verilməsi prosesində tətbiq edilən sadələşdirmələr”, “Gömrük ödənişlərinin hesablanması, tətbiqi və ödənilməsi prosesi”, “Gömrük əməliyyatı və prosedurları”, Gömrük sərhəd prosedurlarının sadələşdirilməsi” və digər mövzularda sahibkarları məlumat-landırıb, onları maraqlandıran suallara ətraflı cavab veriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər