26 Dekabr 2015 23:54
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan hökuməti dekabrın 7-də baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan hökumətinə humanitar yardım üçün müraciət edib.


Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görülür. Hazırlıq işlərini Fövqəladə Hallar Nazirliyi aparır.


Dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.


Müəllif:

Oxşar xəbərlər