“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi artıq geri qayıdıb.
Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Xatırladaq ki, daha əvvəl mətbuatda İman Qasımovun həyat yoldaşı Arzu xanıma yazdığı “Arzu, salamat qal. Mən getdim, uşaqlara böyüklük et” mesajı yayılmışdı.