Milli Məclisin bu gün keçirilən iclasında “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, dəyişikliklə bağlı məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sözügedən dəyişiklik fövqəladə hallar orqanlarında attestasiyanın keçirilməsi ilə bağlıdır: "Bununla əlaqədar qanuna əlavələr olunur. Biz indiyədək bu qəbildən olan bir neçə sənəd qəbul etmişik. Bütün bunlar isə dövlət orqanlarında şəffalığın artırılmasına xidmət edir”.
Daha sonra dəyişiklik səsə qoyularaq qəbul olunub.
Nemət