29 Dekabr 2015 17:06
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Naibə QURBANOVA


Müəllif: