29 Dekabr 2015 18:22
346

2015-ci ildə pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Teleqraf.com Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59.000-ə çatıb, onlardan 2.000-dən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.


Müəllif:
[X]
1xBet