30 Dekabr 2015 14:06
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan xeyli miqdarda spirtli içki və siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

İdarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşları - Elmir Musayevin idarə nəqliyyat vasitəsindən 124 ədəd 1 litrlik “Russkiy standart”, Fuad Ocaqverdiyevin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 58 ədəd 1 litrlik və 9 ədəd 0,5 litrlik “Nemirov” araqları, Rövşən Atakişiyevin idarə etdiyi nəqliyyat vasitəsindən 16400 ədəd “Marlboro”, 11400 ədəd “Marlboro touch”, 7200 ədəd “Parlament” və 4800 ədəd “Vinston” siqaretləri, Teymur Əliyevin idarə etdiyi “Mercedes-Benz C180”markalı nəqliyyat vasitəsindən isə 3000 ədəd “Marlboro” siqareti gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Naibə


Müəllif: