1 Yanvar 2016 10:27
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.

Qeyd edək ki, Bakıda Yeni ilin ilk günü qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.


Müəllif: