2 Yanvar 2016 10:34
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kartof dünyada istehlak edilən ən ucuz kənd təsərrüfatı məhsullarından biri olsa da bunu Fransada yetişdirilən “La Bonnotte” haqqında demək mümkün deyildir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən bahalı kartof növü olan “La Bonnotte”nin 1 kiloqramı 700 dollara satılır.

Bu, yalnız onun ləzzətli olmasından qaynaqlanmır. “La Bonnette” dünyanın ən nadir kartof növlərindən biridir. Yalnız Fransanın qərbində yetişən kartof ildə 100 ton məhsul verir. Bundan başqa, “La Bonnotte” xüsusi qulluq tələb edir və yetişdirilməsi çətindir.


Müəllif: