2 Yanvar 2016 11:54
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Lahıc yolunda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb.

Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev Teleqraf.com-a bildirib ki, hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.

Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45 santımetrə, rayonun şimal hissəsində isə 70-75 santımetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.


Müəllif: