2 Yanvar 2016 16:09
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrində qarın hündürlüyü 80 santimetrdən çoxdur. Güclü qarın yağması ilə əlaqədar yollarda avtomobillərin hərəkəti çətinləşib.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Qırız kəndinə 84, Xınalığa 82, Quba şəhərinə isə 43 santimetr hündürlüyündə qar yağıb. Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 85, rayon mərkəzində 50, Xaçmazda 29, Siyəzəndə isə 20 santimetrdir. Dağlıq ərazilərə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.

Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bir neçə ucqar dağ kəndinə gedən yolun bağlandığı bildirilib. Hazırda Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun qardan təmizlənməsi üçün texnika eləcə də canlı qüvvə cəlb olunub.

Qusar rayonunda isə ucqar Sudur kəndi istiqamətində gedən yolun bağlanması səbəbindən bir neçə kəndlə əlaqə kəsilib.


Müəllif: