2 Yanvar 2016 16:24
404

Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.


Müəllif: