2 Yanvar 2016 19:59
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “İnter” klubu daha iki futbolçunu heyətinə cəlb edib.

Qol.Az-ın əldə etdiyi məlumata görə, bunlar milli komandamızın üzvləri Vüqar Nadirov və Kamran Ağayevdir.

Hər iki futbolçu ilə 6 aylıq müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, V.Nadirov ötən mövsüm “Qarabağ”dan ayrıldıqdan sonra “Xəzər Lənkəran”a keçib. Klubun transfer qadağası səbəbindən cənub təmsilçisində forma geyə bilməyə 28 yaşlı hücumçu “Qəbələ”yə transfer olunub. Burada şans qazanmayan futbolçu komandadan ayrılıb. K. Ağayev isə ötən mövsümü Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Karşıyaka”da keçirib.

Buna qədər Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayıran “bankirlər” Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva ilə müqaviləni yeniləyib.


Müəllif: