2 Yanvar 2016 22:45
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “AzerPay” universal mobil ödəniş sistemi yaradılır.

“AzerPay” şirkətindən bildirilib ki, sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlayacaq, fevralda isə istismara veriləcək.


Yeni ödəniş sistemi təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, hesabın doldurulması və digər üstünlüklərə malikdir.


Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq. İstifadəçilərə, həmçinin “Mobile POS” ödənişlərinin qəbulu üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək.


Müəllif: