4 Yanvar 2016 12:03
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçici siyahıları 2016-cı il yanvarın 5-dən məntəqə seçki komissiyaları səviyyəsində dəqiqləşdiriləcək.

Məntəqə seçki komissiyaları fevralın 5-dək seçici siyahılarının dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidir. Dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçki siyahıları ən geci aprelin 5-dək MSK-ya təqdim ediləcək. MSK da həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə, onların dəqiqləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiqlənmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses mayın sonuna qədər başa çatacaq. Mayın sonunda Azərbaycanda seçicilərin sayı açıqlanacaq.


Müəllif: