5 Yanvar 2016 16:56
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrində İranda bir sıra Əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, səfirliyin yaydığı açıqlamada bildirilir: "Çox təəssüflər olsun ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar.

İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir".


Müəllif: