7 Yanvar 2016 16:55
388

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində müəyyən dərman vasitələrinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

DGK-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dərman vasitələri haqqında müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələri müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir: “Eyni zamanda, ölkəyə gətirilən dərman vasitələrinin mal partiyaları üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş rəy və icazə sənədlərindəki məlumatların gətirilən mallarla uyğunluğuna nəzarətin daha da gücləndirilməsi və bu sahədə dövlət nəzarətinin səmərəliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqələndirilmə işinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib və nəticəsi üzrə görülmüş işlər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılıb.

Naibə QURBANOVA


Müəllif: