8 Yanvar 2016 11:37
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib”.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Həmçinin 2015-ci il ərzində 36,335,048 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 24,497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edir. O cümlədən əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir: “İndiyədək cəmi 314,730,926 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir”.

Agentliyin məlumatına görə, 2015-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb. Ümumilikdə, 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınıb, 11 nəfər zərər çəkib, 3 nəfər həlak olub.

Bəxtiyar


Müəllif: