8 Yanvar 2016 15:54
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Avropa Aviasiya Təhlükəsizlik Agentliyi (EASA) Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində mülki aviasiyanın beynəlxalq standartlara uyğun inkişafına dəstək vermək üçün müqavilələrin imzalanması ilə bağlı qərar qəbul edib.

Publika.az “Aviation” portalına istinadən xəbər verir ki, bu müqavilə Cənubi Qafqaz ölkələri ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovaya da aiddir.

Bu ilin fevralında EASA-nın adıçəkilən ölkələrlə dördillik müqavilə bağlayacağı gözlənilir.


Müəllif: