11 Yanvar 2016 13:24
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıcan Muxtar Respublikasında “donuz qripi”nə yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.


Müəllif: