12 Yanvar 2016 17:43
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verib.

İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.

Naibə QURBANOVA


Müəllif: