14 Yanvar 2016 16:20
417

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür Xristian-Demokrat Birliyi Partiyası rəhbərinin köməkçisi, Almaniya Bundestaqının üzvü Yuliya Klöknerin dəvəti ilə Mayns şəhərində keçirilən Almaniya İqtisadi Forumunda iştirak edib.

Federal kansler Angela Merkelin də qatıldığı forumun əsas mövzusunu Almaniyanın bugünkü iqtisadi vəziyyəti, Avropaya miqrant axınının alman iqtisadiyyatına təsiri təşkil edib.

Forum çərçivəsində Yuliya Klöknerlə Başar Kömür arasında görüş baş tutub. Görüşdə Azərbaycan və Almaniya arasındakı iqtisadi münasibətlər müzakirə olunub. Xanım siyasətçi tərəfindən Azərbaycanın Almaniya üçün iqtisadi əhəmiyyət daşıdığı, Azərbaycanın neft və təbii qaz ehtiyatlarının dünya bazarında önəmli rola malik olduğu vurğulanıb. Başar Kömür Azərbaycan diasporunun Yuliya Klöknerə salamlarını da çatdırıb və dəvətə görə minnətdarlıq edib.

Səxavət


Müəllif: